SITE LOGO
Главная | Каталог статей
 
Понедельник, 2024-04-29, 1:20 AM
| RSS
Категории раздела
Разное [18]
Наш опрос
Кто Вы?
Всего ответов: 7375
Статистика
Главная » Статьи » Разное » Разное

Ehli-sünnet alimlerinin Yezide leneti caiz bilmeleri

     Bir çox əhli-sünnət alimləri o məlun zındığı (yezidi) kafir bilmişlər. Hətta Əhməd ibn Hənbəl və bir çox böyük əhli-sünnət alimləri Yezidə lənət oxunmasını caiz bilmişlər. Xüsusilə Əbdürrəhman Əbül-Fərəc ibn Covzi bu mövzuda «Ər-Rəddu ələl-mütəəssibil-ənid əl-məniu Ən ləni Yezid lənətullah» adlı kitab yazmışdır. Əbul-Əla əl-Müərra isə, bu şeri söyləmişdir:

Zamanın, davamlı olaraq tövhid və tövhid əhlinin     
əleyhinə şeytani planlar cızdığını görürəm.  
Mənim təəccübüm getdikcə, durmadan artır.          
Görəsən, Qureyşiniz, başda Yezid xəlifəniz olmaqla          
Həzrət Hüseyni şəhid etmədimi?!

      Amma Ğəzəli kimi bir qrup təəssübkeş alimlər isə Yezidin tərəftarı olub, o məlunun etdiklərini təmizə çıxarmağ üçün məntiqsiz və gülünc üzlər qondarmışlar. Halbuki, əhli-sünnət alimlərinin çoxu Yezidin zalımanə və küfr dolu əməllərini təfərrüatıyla yazmışlar. Çünki Dəmiri «Həyatul-həyavan» və Məs’udi «Muravvicuz-zəhəb» kitabında belə yazırlar: «Yezidin çox sayda meymunu var idi. Onlara ipəkdən paltar geyindirərək, boyunlarına qızıl boyunbağı taxıb, onları atların üzərinə mindirərdi. Bundan əlavə, boyunlarına qızıl zəncir taxılmış bir çox iti var idi. Onlara öz əliylə tumar çəkib, qızıl qablarda su verər, artığını isə özü içərdi. Çox spirtli içkilər içdiyindən, daima məst və sərxoş idi».            
     Məs’udi «Muravvicuz-zəhəb» kitabının II cildində belə yazır: «Yezidin yolu (əməl və hərəkətləri) Fir’onluq yoluydu. Hətta Fir’on idarəçilikdə ondan daha adil idi. Onun səltənəti İslam üçün böyük bir utandırıcı nöqsan qaynağı oldu. Şərab içməsi, həzrət Peyğəmbərin oğlunu şəhid etməsi, O həzrətin vəsisinə (Əli ibn Abu Talibə) lənət oxuması, Kəbəni talan etməsi və bir çox insanların qanını tökməsi, xüsusilə Mədinə camaatını qətlə yetirməsi – saysız-hesabsız iyrənc əməlləri onun bağışlanmayacağını göstərir».       
     Tarixçilər, xüsusilə Səbt ibn Cövzi «Təzkirə» kitabının 63-cü səhifəsində belə yazır: «Hicrətin 62-ci ilində Mədinə əhalisindən bir qrup Şama gələrək, Yezidin çirkin əməl və küfriyyatını gördükdə, Mədinəyə döndülər. Beyətlərini pozub, açıq-aşkar ona lənət oxudular. Yezidin Mədinədəki valisi Osman ibn Məhəmməd ibn Əbu Süfyanı da şəhərdən qovdular. Əbdullah ibn Hənzələ (ğəsilul-Məlaikə) belə dedi: «Ey insanlar! Biz əgər Şamdan gəlib Yezidin əleyhinə qiyam etdiksə, bunun səbəbi onun dinsiz olduğu, anaları, qızları və bacılarıyla cinsi
əlaqədə olduğu, şərab içdiyi, namaz qılmadığı və Peyğəmbərin övladlarını öldürdüyü üçündür»».

 

Yezidin beyətini pozduqlari üçün mədinə əhalisinin qətlə yetirilməsi

 

     Yezid bu xəbəri eşitdikdə, Müslim ibn Əqəbənin başçılığı altında mədinəlilərin üsyanını dağıtmaq üçün Şam əhalisindən təşkil olunmuş böyük bir ordunu Mədinəyə yolladı. Onlar şəhərə yetişdikdə, üç gün – üç gecə, mədinəliləri qətlə yetirdilər. İbn Covzi, Məs’udi və sairə tarixçilər belə yazırlar: «O qədər çox insan öldürdülər ki, küçələrdə qan axmağa başladı, əhali qan gölü içindəydi! Hətta qan Rəsulallahın (s) qəbrinə yetişdi və Məscidun-Nəbi qanla doldu».
     Ənsar, Mühacir və Mədinə əhalisinin möhtərəm və şərafətli kişilərindən 700 nəfər öldürdülər. Ümumi əhalidən isə 10 min nəfər qətlə yetirdilər. Müsəlmanların namuslarına toxunduqlarını zikr etməyi həya edirik. Sadəcə Səbt ibn Covzinin «Təzkirə» kitabının 163-cü səhifəsində Əbülnəsən Mədainidən nəql etdiyi bu cümləylə kifayətlənirik: «Hirrə faciəsindən (Mədinə əhalisinin qətli) sorna min qadın, ərsiz halda uşaq dünyaya gətirdilər».       

     Buhari və Müslüm «Səhih»lərində, Əllamə Səmhudi «Tarixul-Mədinə»də, Əbul-Fərəc ibn Covzi «ər-Rəddu ələl-mutəəsibil-ədid»də, Səbt ibn Covzi «Təzkirətu xəvasil-ümmə»də, imam Əhməd ibn Xənbəl «Müsnəd» kitabında və başqa şəxslər Rəsulallahın (s) belə buyurduğunu nəql etmişlər:

 

     «Kim Mədinə əhalisini zülmlə qorxudursa, Allah da (Qiyamət günü) onu qorxudar. Allahın, mələklərinin və bütün insanların lənəti olsun belə bir zalım insana. Qiyamət günü Allah-təala bu cür əməl sahibinin heç bir əməlini qəbul etməz».        

     Yenə başqa bir hədisdə belə buyurmuşdur:       

     «Mənim şəhərimi (Mədinə əhalisini) qorxudana Allah lənət etsin».          

     Mədinədə baş verən bu faciə, müsəlmanların kütləvi qətli, namuslarına təcavüz və malların talan edilməsi Mədinə əhalisinin qorxmasına səbəb olmuşdur! Əgər bunu qəbul edirsinizsə, bilin ki, Allah, Peyğəmbəri (s), mələkləri və bütün insanlar o alçaq insana lənət etmiş və Qiyamətə qədər də lənət edəcəklər.           
     Əhli-sünnət alimlərinin çoxu Yezidə lənət etmiş, ona lənəti caiz bilmiş və bu mövzuda kitablar da yazmışlar.            
Məsələn: Əllamə Əbdullah ibn Məhəmməd ibn Amir Şəbravi Şafei «əl-İthaf bi hubil-əşrəf» adlı kitabının 20-ci səhifəsində Yezidə lənət etmə mövzusunda bunu nəql edir: «Molla Sə’d Təftazaninin yanında Yezidin adını söylədikdə, o, belə dedi: «Allahın lənəti olsun ona, əshabına və yardımçılarına»».            
Əllamə Səmudi «Cəvahirul-əqdəyn»dən belə nəql edir: «Alimlər həzrət Hüseyni (r.z) qətl edənə, onu öldürməyə əmr, ya da izn verənə və ya onun qətlinə razı olanlara lənət etməyin caiz olduğu mövzusunda ittifaq etmişlər».        
     Yenə ibn Covzi, Əbu Yə’la və Əhməd ibn Hənbəldən Quran və hədislər baxımından Yezidin lənətlik olduğunu isbat edən dəlillər getirdiklərini nəql edir.   

     Bu söylədiyimiz müqəddimədən anlayın ki, imam Hüseynin (ə) İslam və müsəlmanların üzərində böyük bir haqqı vardır. Çünki o, məzlumiyyət gücüylə belə bir zalımlığın və zalımın kökünü qazıdı. Özü və Əhli-beytinin qanıyla bəni-Üməyyənin, xüsusiylədə məlun Yezidin zülmüylə qurumaqda olan «La ilahə illəllah» ağacını öz qanıyla sulayıb, İslam və tövhidə yenidən həyat qazandırmışdır.



Другие материалы по теме
Категория: Разное | Добавил: shia (2007-03-06)
Просмотров: 2028 | Рейтинг: 1.5/2
Поиск
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Copyright MyCorp © 2024Хостинг от uCoz