SITE LOGO
Главная | Каталог статей
 
Пятница, 2024-04-26, 3:46 AM
| RSS
Категории раздела
Разное [18]
Наш опрос
Кто Вы?
Всего ответов: 7375
Статистика
Главная » Статьи » Разное » Разное

YEZİDİN KÜFR VE MÜRTEDLİYİNE DAİR DELİLLER

Yezidin küfr və murtədliyinə dair bir çox dəlil vardir. Məsələn, o, həm sözlərində, həm də şe’rlərində içindəki küfrünü aşkar etmişdir. Xüsusilə şaraba aid şe’rləri açiq dəlillərdir.
Məsələn, bir şe’rində belə deyir:

            Üzüm şərabı hər sübh mənim əlimdə doğur,
            Hər axşam isə mənim ağzımda batır
            Əgər şərab Məhəmmədin dinində haramdırsa,
            O halda, onu İsa Məsihin dininə görə iç.

Başqa bir şe’rində belə deyir:

            Dünya, sadəcə bu dünyadır ki, var,
            Bu aləmdən başqa bir Aləm yoxdur.
            Əgər, həqiqətən, belədirsə , bəs niyə mən,
            Bu aləmin ləzzətlərindən əl çəkməliyəm?!

Misralardan anlaşılır ki, hər nə var bu dünyadadır. Bu aləmdən başqa Aləm yoxdur. Bəs, gərək bu aləmin ləzzətlərindən və ne’mətlərindən əl çəkməyək. Bu şe’rlərin hamısı onun divanında mövcuddur. Əbul-Fərəc ibn Govzi «ər-Rəddu ələl-mütəəsibil-ənid» adlı kitabında bu deyilən şe’rlərə şəhadət vermişdir. Onun kafir, zındıq və mülhid olduğuna dair dəlillərdən bir digəri, Səbt ibn Gövzinin «Təzkirə»də və babası Əbül-Fərəcin geniş şəkildə nəql etdiyi şe’rləridir. O şe’rlərindən birinin əvvəlində (sevgilisinə xitab edərək) belə deyir:

            Aliyə gəl yanıma, yaxınlaş mənə, sözünü mənə söylə,
            Çünki sakit və yavaş danışmağı sevmirəm mən.
            Qiyamətdən söz açan o şəxs, yalan sözlər söyləyir.
            O, qəlbləri saz və sözdən uzaqlaşdırır.

Çünki «Diqul-Cin» adıyla tanınan və şiənin böyük fəqih, alim, fazil və ədiblərindən olan İbrahim ibn İshaq, Abbasi xəlifələrindən Harun Rəşidin yanında Yezidin bütün şe’rlərini oxuduqda, Harun Yezidə ixtiyarsız lənət edərək, belə dedi: «Bu zındıq, Yaradanı və Qiyaməti tamamilə inkar etmişdir». Oyun küfr və azğınlarına dəlil olan şe’rlərindən bəziləri nəşəli vaxtlarında oxuduğu nəğmələrin sözləridir. Birinidə dostlarına xitabən belə deyir:


            Durun saza və sözə qulaq Verin,
            Xalis şərab üçün ay dostlar.
            Dini və imanı atın kənara,
            Saz, azan səsini unutdurdu mənə.
            Müğənni yaşlı qadınları,
            Cənnət və hurilərə dəyişərəm.

Məqatil kitablarında, hətta Səbt ibn Gövzi «Təzkirə» kitabının 148-ci səhifəsində belə nəql edir: «Rəsulullahın (s) Əhli-beyti Şama gətirildikdə, Yezid Ceyrun tərəfə baxaraq bu küfr dolu şe’rini oxudu»:


            Ali-Məhəmməd əsirlərinin karvanı göründükdə,
            Bir qarğa ucadan qarıldamağa başladı.
            Dedim ki, ey qarğa qarıldasan da, qarıldamasan da,
            Mən Peyğəmbərdən borcumu aldım.

O bunu demək istəyirdi: «Ühüddə, Bədirdə və Hüneyndə öldürülən əmim və qohumlarımın intiqamını Peyğəmbərin övladlarını öldürməklə aldım». Yezidin küfrünə dəlalət edən dəlillərdən digəri də, şənliklər təşkil etməsi və Əbdullah ibn Zəbəriyə Aid olan küfr şe’rlərini oxumasıdır. Səbt ibn Cövzi, Əbu Reyhani Biruni və başqa buk imi alimlər bu şe’rləri qeyd etmişlər. Yezid bu şe’rlərdə müşrik və kafir olan və böyük Bədir döyüşündə Allah və Rəsulun (s) əmriylə öldürülən atalarının dirilməsini arzu edir. Şe’rin 2-ci və 5-ci beyitlərini Yezid özünə həsr etmişdir. O, bu şe’ri müsəlman, yəhudi və xristianların yanında oxumuşdur. O şe’r budur:


        Kaş ki, Bədir döyüşündə ölən qəbiləmin başçıları,
            Xəzrəc qəbiləsinin (Ühüd döyüşündə)
            Məğlubiyyətini görsəydilər, sevinərək deyərdilər:
            «Əlinə sağlıq, ey Yezid»
            Bədirdə ölənlərimizə qarşı, biz də bu gün onların
            böyüklərini öldürərək, bərabərləşdik.
            Bəni-Haşim səltənətlə oyun oynadı.
            Nə göydən bir xəbər gəlmiş və nə də vəhy nazil olmuş.
            Bəni-Əhməd övladlarından intiqam almasam,
            Mən Xəndəf ailəsindən deyiləm.
            Biz qanımızın əvəzini, Əlinin igid və qəhrəman
            oğlunu öldürməklə aldıq.

Əbul-Fərəc, Şeyx Əbdullah ibn Məhəmməd ibn Amir Şəbravi «əl-İthaf bi-hubbil-əşrəf»ın 18-ci səhifəsində, Xətib Xarəzmi «Məqtəlul-Hüseyn» adlı kitabının II cildində və s. sünni alimləri yazırlar ki, məl’un Yezid imam Hüseynin (ə) mübarək dodağına və dişlərinə əlindəki çubuq ilə vuraraq, bu dediyim şe’rləri söyləmişdi.



Другие материалы по теме
Категория: Разное | Добавил: shia (2007-02-14)
Просмотров: 1441 | Рейтинг: 0.0/0
Поиск
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Copyright MyCorp © 2024Хостинг от uCoz